Abdullah Zubir “Qarabağ”dan niyə “urvatsız” yola salındı? – CAVAB

Abdullah Zubir “Qarabağ”dan niyə “urvatsız” yola salındı? – CAVAB

Abdullah Zubirin “Qarabağ” Futbol Klubundan getməsi müzakirələrə səbəb olub. Bəzi idmansevərlər hesab edirlər ki, futbolçu üçün daha təntənəli vida təşkil oluna bilərdi. Hətta komandanın əfsanəvi oyunçusunun belə “urvatsız” yola salınmasının arxasında başqa məqamların dayandığı iddia olunur.

Bəs Abdullah Zubir “Qarabağ”dan niyə ayrılıb?

Azerbaycanpolisi.az xəbər verir ki Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirib ki, futbolçunun komandadan ayrılmasının arxasında hər hansı başqa məqsədin olduğunu düşünmür:

“Əldə etdiyim məlumata görə, klub rəhbərliyi Abdullah Zubirə xüsusi vida matçı keçirilməsini təklif edib. Lakin o, bununla razılaşmayıb. Ona görə də burada hər hansı başqa olayın və ya məqsədin olduğunu düşünmürəm”.

K.Məstəliyevin sözlərinə görə, klub rəhbərliyi ilə Abdullah Zubir arasında münasibətlər hər zaman yaxşı olub:

“O, klubun və komandanın kapitanı idi. Həm azərbaycanlıların, həm də xarici azarkeşlərin sevimli “Qarabağ” futbolçularından biri olub. Ona görə də burada başqa bir məqsədin ola biləcəyini düşünmürəm”.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.18

2026.08.17

2026.08.16

2026.08.15

2026.08.14

2026.08.13

2026.08.12

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az