Bu gün Azərbaycanın "Sabah" klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü raundunun cavab oyununda Danimarkanın "Orhus" komandası ilə qarşılaşacaq.
Oxuməni.az-ın məlumatına görə, Valdas Dambrauskasın yetirmələri danimarkalıları öz meydanında qəbul edəcəklər.
Matç saat 20:00-da Masazırda yerləşən "Bank Respublika Arena"da keçiriləcək.
Oyunu fransalı FİFA referisi Villi Delajo idarə edəcək.
Komandaların Danimarkada keçirilən ilk görüşü "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah" ilk oyunda ən yaxşı performansını göstərməsə də, səfərdə cəmi bir top fərqi ilə məğlub olması komandaya "kam-bek" üçün yaxşı şanslar saxlayır. Bununla belə, "Sabah" rəqibinin ötən mərhələdəki çıxışını nəzərə alaraq nələrə qadir olduğunu bilir və Avropanın ən nüfuzlu klub turnirinin təsnifat mərhələsində Danimarka klubunun növbəti qurbanı olmamaq üçün müdafiədə hər an ayıq-sayıq olmalıdır.
Əgər Azərbaycan təmsilçisi Danimarka klubunu keçə bilsə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (Beer-Şeva, İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq (ilk oyun – 1:0).
Əgər "Sabah" "Orhus" səddini keçə bilməsə, Bakı klubu mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu halda onun rəqibi "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi olacaq (ilk oyun – 6:1).
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























