Avropa Liqasında Bolqarstanın ÇSKA komandasına penaltilərdə məğlub olaraq Konfrans Liqasına yuvarlanan Ağdamın "Qarabağ" komandasının uğursuz oyunlar seriyası davam edir. Bu dəfə "Qarabağ" növbəti zərbəni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşdığı Kiyev "Dinamo"sundan alıb.
Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçirilən görüşdə əvvəlki mübariz komandamızdan sanki əsər-əlamət qalmamışdı. Danimarkalı hakimlər briqadasının idarə etdiyi oyun meydan sahiblərinin hücumları ilə başlayıb. İlk dəqiqələrdə öz qapısı qarşısında çətin vəziyyətə düşən "Qarabağ" bunun da ağır nəticəsini tezliklə öz üzərində hiss edib. Medinanın komandanı tərk etməsindən sonra müdafiə xəttində yaranan boşluqlardan məhatətlə istifadə edən meydan sahibləri erkən qola seviniblər. Oyunun 10-cu dəqiqəsində "Dinamo"nun gənc hücumçusu Ponamarenko müdafiəçilərimizin səhvindən istifadə edərək sərrast zərbə ilə hesabı açıb: 1-0.
Buraxılan qoldan sonra nisbətən fəallığı artıran "Qarabağ" bununla belə meydan sahiblərinin qapısı ağzında təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkiblər. Necə deyərlər "Qarabağ" ın hücum xəttində digər komandalara transfer edilən Leandro Andrade və Kamilo Duranın yoxluğu özünü aydın şəkildə hiss etdirirdi. Meydan sahiblərinin üstünlüyü ilə keçən birinci hissə minimal hesabla rəqib komandanın xeyrinə başa çatıb. İkinci hissədə meydanda demək olar bərabər səviyyədə oyun gedib. Bəzi məqamlarda rəqib qapısı ağzında komandamız təhlükəli vəziyyət yaratsa da qol vura biləcək hücumçu çatışmazlığı hesabı bərabərləşdirməyə imkan verməyib. Meydan sahibləri komandanın hücumçuları da bir neçə dəfə əlverişli qol vəziyyətlərindən istifadə edə bilməyiblər. Beləliklə "Dinamo Kiyev" - "Qarabağ" oyunu 1-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq, məğlub komanda isə Konfrans Liqası ilə vidalaşacaq.
Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məyusluğunu gizlətməyə çalışaraq deyib ki, "Çox danışılası bir şey yoxdur, rəqibi təbrik edirəm".
Qurban Qurbanov səfərdə 0:1 hesabı ilə uduzmalarını isə isti hava şəraiti, rəqib komandanın yaxşı müdafiə olunması və hücum xəttində arzu edilən oyunun nünayiş etdirilməməsi ilə izah edib: "Bakıya qayıdandan sonra oyunu tam analiz edəcəyik və cavab matçına hazırlaşacağıq".
Əziz MUSTAFA
6 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
21:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Ponomarenko, 10
Qırmızı vərəqə: Makretskis, 88
"Dinamo": Surkis, Sych, Kedziora, Mıxavko, Dubinçak (k), Brajko, Rubçinski, Gerrero, Lonveyk, Reduşko, Ponomarenko
Ehtiyat oyunçular: Neşçeret, Olxovıy, Yarmolenko, Pıxalyonok, Voloşın, Şaparenko, Tımçik, Kabayev, Buyalski, Bilovar, Tiare, Mounqenqe
“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bense Varkonyi, Mateus Silva, Cebrail Makretskis, Marko Yankoviç, Pedro Bikalyo, Renaldo Sefas, Abdullah Zubir (k), Jali Muaddib, Aleksey Kaşuk
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Bruno Lanqa, Joni Montiel, Bəhlul Mustafazadə, Kadi Borges, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Bədavi Hüseynov, Samuel Lobato
Baş hakim: Morten Kroq
Baş hakimin köməkçiləri: Steffen Bramsen, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR: Yakob Kehlet
AVAR: Yens Maae
(Hakimlər briqadası Danimarkadandır)
Lublin stadionu
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb








































.jpg)











.jpg)
