Azərbaycanda Formula 1-ə hazırlıq çərçivəsində ilk təlimlər keçirilib

Azərbaycanda Formula 1-ə hazırlıq çərçivəsində ilk təlimlər keçirilib

Sentyabrın 24-26-da Azərbaycanda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq davam edir. Bu çərçivədə də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ilk addımlardan biri atılıb. Belə ki, Fövqəladə Hallar Nazirliyi Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

Azərbaycanpolisi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir. FHN-in Baş Əməliyyat İdarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən təlimin məqsədi yarış zamanı baş verə biləcək yanğınların qarşısının alınması, onların fəsadlarının aradan qaldırılması və xilasetmə işlərinin operativ şəkildə həyata keçirilməsi istiqamətində marşalların bilik, bacarıq və praktiki təcrübələrinin artırılmasıdır.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 186 marşal iştirak edib. Onlardan 60-ı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. Təlim çərçivəsində iştirakçılar operativ reaksiyavermə və fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Təlimin nəzəri hissəsində rəhbər marşallar komanda üzvlərinə yanğın təhlükəsizliyi, bu cür hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bilik və bacarıqlarının təkmilləşdilməsi məqsədilə təqdimatlar ediblər.

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri tərəfindən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İyul ayından başlayan təlimlərin bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-cı il sentyabrın 24–26-da Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30-dan çox xüsusi texnikasının və 400-ə yaxın şəxsi heyətinin tədbirin təhlükəsizliyinin təmin olunmasına cəlb edilməsi planlaşdırılır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.26

2026.07.25

2026.07.24

2026.07.23

2026.07.22

2026.07.21

2026.07.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az