"Burada olduğum üçün çox xoşbəxtəm".
Azerbaycanpolisi.az “Teleqraf”a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"dan Şotlandiya təmsilçisi "Seltik"ə keçən Kamilo Duran deyib.
24 yaşlı kolumbiyalı "Seltik Park"da jurnalistlərə açıqlamasında klubdakı ilk günlərindən məmnun olduğunu deyib:
"Komanda yoldaşlarımla tanış olmaq çox gözəl hissdir. Yeni mövsümə başlamaq üçün səbirsizliklə gözləyirəm. Hazırlıq prosesi mənim üçün çox yaxşı keçir. "Seltik"ə qoşulmazdan əvvəl artıq bir ay məşq etmişdim. Buna görə də özümü əla hiss edirəm. Bu möhtəşəm formanı geyinərək ilk iki oyunda iki qol vurmaqdan kim narazı qalar ki? Ümid edirəm ki, qarşıda daha çox qollar olacaq".
Duran "Milan"a qarşı keçiriləcək qarşıdakı yoxlama oyunu barədə də fikirlərini bölüşüb:
"Milan" kimi böyük komandaya qarşı oynamaq çox gözəldir. Oyuna ən yaxşı şəkildə hazırlaşacağıq və ümid edirik ki, hər şey istədiyimiz kimi olacaq".
Qeyd edək ki, Duran debüt matçında "Sportinq"ə qarşı qol vurduqdan sonra iyulun 18-də "Seltik Park"da "Midlsbro" ilə keçirilən yoxlama görüşündə də komandasının bərabərlik qolunun müəllifi olub.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























