FİFA Argentina millisinin futbolçularının dünya çempionatının final oyunundan sonra davranışları ilə bağlı araşdırmaya başlayıb.
Report xəbər verir ki, finalda İspaniya yığması Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Məlumata görə, oyundan sonra Cənubi Amerika təmsilçisinin futbolçusu Leandro Paredes əvvəlcə rəqib müdafiəçi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib.
Bu davranışından sonra onu komanda yoldaşları sakitləşdiriblər. Bundan başqa, Argentina millisinin müdafiəçisi Nauen Molina ispan futbolçu Rodrinin qələbəni qeyd etdiyi vaxt ona qarşı kobud hərəkət etməyə cəhd göstərib. Yığmanın məşqçilər korpusunun üzvü Roberto Ayala isə Dani Olmoya yumruq atmağa cəhd edib.
Həmçinin mükafatlandırma mərasimində Argentina millisinin futbolçuları İspaniya yığmasına tərəf çevrilməyiblər. Onlar tribunaya yaxınlaşaraq azarkeşlərinə dəstəyə görə təşəkkür ediblər. İspaniya millisinin futbolçuları isə gümüş medalları almaq üçün podiuma çıxan rəqiblərini alqış dəhlizi ilə qarşılayıblar.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























