Komandada müəyyən çatışmazlıqlar var. Buna baxmayaraq, hazırlıqlarımız pis getmir. İstəyirik ki, azarkeşlərimizə yaxşı oyun göstərək.
Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
"Mövsümə yeni başlamışıq və heyətdə müəyyən yeniliklər olduğu üçün uyğunlaşma prosesi davam edir. Hazırda bəzi çatışmayan məqamlar mövcuddur, lakin komandanın hazırlıq səviyyəsi bizi qane edir. İnanırıq ki, qarşıdakı dövrdə bütün çatışmazlıqları aradan qaldıracağıq. Məqsədimiz güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərimizin etimadını doğrultmaqdır", - Q.Qurbanov söyləyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç sabah saat 20:00-da başlayacaq.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























