Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Dünən axşam və bu gün səhər 2026-cı il futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirildi.
Azərbaycanpolisi.az xəbər verir ki, İspaniya millisi futbol üzrə 2026-cı il Dünya Çempionatının 1/16 finalında Avstriya komandasını darmadağın edib.
Los-Ancelesdə (ABŞ) keçirilən görüş 3:0 hesabı ilə başa çatıb. Mikel Oyarzabal dubl edib, Pedro Porro da fərqlənib.
29-cu dəqiqədə "Furiya Roxa"nın müdafiəçisi Mark Kukurelya qol vursa da, Avstriya qapıçısına qarşı qayda pozuntusu səbəbindən ləğv edilib. Yeddi dəqiqə sonra İspaniya millisinin hücumçusu Mikel Oyarzabal hesabı açıb. 66-cı dəqiqədə müdafiəçi Pedro Porro İspaniya millisinin üstünlüyünü möhkəmləndirib. 89-cu dəqiqədə Oyarzabal dubl edərək hesabı darmadağına çatdırıb.
1/8 final mərhələsində Luis de la Fuentenin yetirmələri Portuqaliya komandası ilə qarşılaşacaqlar. Dallasda keçiriləcək oyun Bakı vaxtı ilə iyulun 6-sı saat 23:00-da baş tutacaq.
Portuqaliya millisi futbol üzrə 2026-cı il Dünya Çempionatının 1/16 finalında Xorvatiya komandasını məğlub edib.
Torontoda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. 53-cü dəqiqədə İvan Perişiç xorvatları irəli çıxarıb. 68-ci dəqiqədə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Qonsalu Ramuş portuqaliyalıların ikinci qolunu vurub. 90+13-cü dəqiqədə xorvat Yoşko Qvardiol hesabı bərabərləşdirsə də, baş hakim norveçli Espen Eskos ofsayd səbəbindən qolu ləğv edib.
1/8 final mərhələsində Roberto Martinesin yetirmələri İspaniya millisi ilə qarşılaşacaqlar.
İsveçrə millisi futbol üzrə 2026-cı il Dünya Çempionatının 1/16 finalında Əlcəzair komandasını məğlub edib.
Vankuverdə keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Brel Embolo və Dan Ndoye vurublar. Brel Embolo 10-cu dəqiqədə Joan Manzambinin ötürməsindən sonra topu qapıya göndərib.
İkinci hissəyə əlcəzairlilər bir sıra səhvlərlə başlayıblar ki, bundan da Dan Ndoye istifadə edərək hesabı 2:0 edib.
İsveçrə 1/8 finalda Kolumbiya - Qana matçının qalibi ilə oynayacaq. Bu oyun 04 iyulda Bakı vaxtı ilə saat 05:30-da başlayacaq.
Azərbaycanpolisi.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar Ictimai TV kanalında canlı yayımlanır) :
03 iyul 2026-cı il
1/16 final: Avstraliya – Misir, saat 22:00
04 iyul 2026-cı il
1/16 final: Argentina – Kabo-Verde, saat 02:00
1/16 final: Kolumbiya – Qana, saat 05:30
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?






































.jpg)

















