İlkin məlumata görə, İndoneziyada Merapi vulkanının püskürməsi nəticəsində 11 alpinist həlak olub. İtkin düşən 12 alpinistin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.
Qərbi Sumatra Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik verdiyi açıqlamada Merapi vulkanında baş verən partlayışlardan sonra axtarış-xilasetmə qrupu 11 alpinistin cəsədni tapdığını bildirib. Malik onu da əlavə edib ki, itkin düşdüyü bildirilən 12 alpinistin axtarışları davam etdirilir.
Yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian da qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i partlayışlar nəticəsində bədənlərində yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi dünən Merapi vulkanının təxminən 3 kilometr yüksəkliyə kül səpdiyini və isti kül buludlarının şimala doğru irəlilədiyini açıqlayıb.
Azərbaycanpolisi.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































