Sloveniya hökuməti "COVID-19" pandemiyası zamanı maskaların taxılması və sosial məsafənin saxlanması pozuntularına görə cərimələnən vətəndaşlara pulları qaytarmağa başlayır.
2020-ci ilin martından 2022-ci ilin mayına qədər verilən cərimələrin ümumi məbləği təxminən 5,7 milyon avro təşkil edib. Ölkənin sol mərkəzçi hökumətinin hazırladığı qanun layihəsinə görə, indi faktiki olaraq cərimə şəklində ödənilmiş 1,7 milyon avro geri qaytarılacaq.
Bütün qanun pozuntuları vətəndaşların rəsmi uçotlarından silinəcək, cərimələrin toplanması ilə bağlı hüquqi prosedurlar dayandırılacaq.
Geri qaytarılmasını gözləyən on minlərlə insan arasında , ictimai yerdə oturarkən qəlyanaltı etmək üçün maskasını aşağı saldığına görə cərimə olunan , polisin əhatəsində fotoşəkili çəkilən və sosial şəbəkədə yayılan məşhur bir sürücü də var. Sürücünün 400 avro cərimələnməsi , bir çox sloveniyalının narazılığına səbəb olub, onlar polisin məhdudiyyətlərə əməl etməsini hədsiz və qərəzli hesab ediblər.
Sentyabr ayında qəbul edilən qanun layihəsi hazırkı ədliyyə naziri Dominik Şvarts-Pipan tərəfindən əvvəlki hökumətin pandemiya vaxtı polisin həddi aşmasını və ya "sui-istifadə yolu ilə vətəndaşlara qarşı edilən haqsızlıqları kompensasiya etmək cəhdi" kimi təsvir edilmişdir.
Dünyanın bir çox ölkəsi kimi, Sloveniya da təkcə peyvənd əleyhinə qrupların deyil, pandemiya ilə mübarizə üçün ən sərt tədbirlərinə görə etirazlarla üzləşib.
Sağçı hökumətin tətbiq etdiyi tədbirlər arasında hərəkətə məhdudiyyətlər, toplantılar və açıq havada maska taxmaq tələbi də var idi .
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































