Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































