Çinin Qansu əyalətində məktəb direktoruna “zorlama” və “uşaqlara cinsi təcavüz” ittihamı ilə verilən ölüm hökmünün icra olunduğu açıqlanıb. «China Daily»-nin məlumatına görə, Pingliang əyalətinin Cingning rayonunda yerli məktəbdə işləyən Canq Longci adlı müttəhim 8-12 yaş arası 5 qıza təcavüz və 8-14 yaş arası 17 qıza cinsi təcavüz etməkdə günahkar bilinib.
Təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmünə verdiyi apellyasiya şikayəti Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib.
Qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































