Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes” markalı avtomobilə saxla işarəsi verilib, lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb. Görülmüş tədbirlərlə avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İ.Fətiyev olması məlum olub.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































