Müğənni Ayan Babakişiyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
İfaçı Sumqayıtda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı açılan cinayət işinə münasibət bildirib.
"Bu nədir baş verir? Müharibələr, intiharlar, kim-kimin canına qıymaq istəyirsə, baxın, "qıymaq istəmək" deyirəm. Hansı dövran, hansı zaman gəldi? Rahatlıqla öz canımıza da, başqasına da qıya bilirik. Nə analıq qaldı, nə atalıq. Sanki insan yox, başqa məxluqlar doğulur, istehsal olunur. Heyvanlar belə öz balalarını, ailələrini qoruyur, ya insanlar?" deyə, Ayan vurğulayıb.
Qeyd edək ki, sözügedən hadisə ötən gün Sumqayıtda baş verib. Sumqayıt Şəhər Prokurorluğunun məlumatına görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı 1984-cü il təvəllüdlü Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.
Azərbaycanpolisi.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































