Sosial şəbəkələrdə və bəzi saytlarda Bakı metrosunun mayın 11-də işini bərpa edəcəyilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı "Bakı metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Mediainfo.az-a açıqlama verib. O bildirib ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq:
"Bizə bu barədə hər hansı göstəriş verilməyib. Nə qərar olacaqsa, Operativ Qərargah açıqlayacaq. Biz də o qərara uyğun olaraq, addım atacağıq".
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə "Bakı Metropoliteni" martın 31-i saat 22:00-dan etibarən işini dayandırıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































