Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətində dünəndən başlayan təmirlə əlaqədar sıxlıq yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılacaq işlərlə bağlı əvvəlcədən məlumat verib, alternativ yollar təklif etsə də, bu, sıxlığa təsir etməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, işlər karantin rejimi bitənə qədər yekunlaşacaq.
"4 may tarixində 20 Yanvar dairəsinin hər iki istiqamətində aparılan işlərin yekunlaşması üçün çalışırıq. Bu müddət ərzində sürücülər aternativ yollardan istifadə etsə, daha yaxşı olar", - A.Nəcəfli deyib.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılıb. 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































