Fəaliyyəti bərpa edilən iş və xidmət sahələrində çalışan və avtomobilinin texniki baxış müddəti bitən şəxslər maşınlarını texniki baxışdan keçirə bilərlər.
Mediainfo.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Kamran Əliyev avtosfer.az-a açıqlamasında bildirib. O qeyd edib ki, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı tətbiq edilən güzəştdən fəaliyyəti bərpa edilən sahələrdə çalışan sürücülər istifadə etməlidir:
"Bu şəxslər indidən BDYPİ-nin Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sərbəst hərəkət üçün icazəsi olan hər bir şəxs avtomobilini indidən texniki baxışdan keçirsə, daha yaxşı olar. Belə olsa, karantin rejimi bitdikdən sonra texniki baxış şöbələrində sıxlıq yaranmaz".
K.Əliyev həmçinin bildirib ki, sürücülük vəsiqəsinin müddəti bitən, yaxud da bitmək üzrə olan şəxslər ASAN xidmət sahələrinə müraciət etməklə sürücülük vəsiqəsini dəyişə bilərlər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































