Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COVID-19-dan qorunmaq üçün fermerlərin bilməli olduqları bəzi məqamları açıqlayıb.
AQTA-dan Mediainfo.az-a verilən məlumata görə, təsərrüfat sahələrində işçilər arasında azı 2 metrlik məsafə saxlanılmalıdır.
Çirkli əllərlə ağız, burun və gözlərə toxunulmamalı, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır.
İş paltarı, boşqab, stəkan, dəsmal və bu kimi digər əşyalar ortaq istifadə edilməməlidir. Eyni zamanda tək istifadəlik maska, əlcək düzgün çıxarılıb, paketə qoyularaq qapalı zibil qutusuna atılmalı, iş paltarı 60°-də yuyucu tozla yuyulmalıdır.
Evə gəldikdə əllər sabunlanaraq azı 20 saniyə axar su altında yuyulmalıdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































