Cənubi Sudandan sonra Efiopiyada da sarı qızdırma epidemiyası yayılmağa başlayıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.
Bildirilib ki, ölkənin cənub əyalətinin Qurage bölgəsində mart ayının əvvəllərindən bəri yayılan infeksiya artıq 85 nəfərə yoluxub. Xəstəliyin yayıldığı bölgədə və ətraf ərazilərdə peyvəndləmə işlərinə başlanıb.
Təşkilatın açıqlamasında qısa müddətdə yoluxma sayının artması və virusun lokal olma ehtimalının təşviş doğurduğu qeyd edilib.
Əlavə edək ki, ÜST ötən həftə Cənubi Sudanda sarı qızdırma epidemiyasının yayıldığını açıqlamışdı.
Ağcanadların insanlara yoluxdurduğu bu xəstəlik yüksək qızdırma, sarılıq, qarın ağrısı, qusma və qanamaya yol açır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































