Alexa.com saytının (ABŞ, San-Fransisko) yeni məlumatına görə, "Azərbaycanın top saytları" siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı artıq 5-ci yerdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Mediainfo.az-a bildirilib ki, portal ölkəmizdə ən çox müraciət olunan google.com, youtube.com, google.az və wikipedia.org saytlarından sonra ziyarətçi və baxış sayına görə 5-ci yeri tutur.
E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və sair üzrə məlumatlara çıxış, həmçinin 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































