22 aprel - Beynəlxalq Yer Günüdür.
Mediainfo.az xəbər verir ki, bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.
1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 192-dən çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Beynəlxalq Yer Günü ərəfəsində bir milyarddan çox insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar bu gün çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. Bu il isə dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən Beynəlxalq Yer Günü onlayn qaydada müxtəlif tədbirlər və təşəbbüslərlə qeyd olunur.
Hər il bir deviz altında keçirilən həmin təqvimin builki şüarı "İqlim fəaliyyəti"dir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































