Aprelin 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib.
Təqdim olunmuş dərman preparatları "Cırtdan" adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. "Biz birlikdə güclüyük!" şüarı altında təqdim edilən yardım xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi daşıyır.
Son illər ərzində Azərbaycanda xəstə və yardıma ehtiyacı olanlara, xüsusilə də uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib, onun təşəbbüsü ilə "Cırtdan" meqaşoudan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir.
Qeyd edək ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə maliyyə yardımı, Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































