"Biz gündəlik dinamikaya nəzarət edirik, bu artım gündəlik dinamikada da özünü göstərir. Bu günə olan son rəqəm, qeyd etdiyim kimi, yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin 1-i ilə müqayisədə 51 min artımdır. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edildi".
Mediainfo.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.
Nazir bildirib ki, ilk olaraq 50 min haqqıödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində artıq dünəndən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib və işəgötürmələr başlayıb:
"Bizim ehtimalımız ondan ibarətdir ki, on gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız cəlb ediləcək.
"İşsizlikdən sığorta və özünüməşğulluq proqramlarının genişləndirilməsi də tədbirlər planının istiqamətlərindən biridir və bu çərçivədə bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Digər bir tərəfdən isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq", – deyə Sahil Babayev əlavə edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































