Azərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 775 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 8-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-11° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 3-6° isti olacağı ehtimal edilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































