İstehsal prosesində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra bazarda olacaq.
Mediainfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, maskaların qiyməti hələ müəyyənləşməyib: "Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin təmin edilməsi nəzərdə tutulur".
S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.
Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































