Koronavirusla bağlı vəziyyət fonunda dünya birliyi tibb bacılarının kəskin çatışmazlığını yaşayır. Hazırda dünyada ən azı 5,9 milyon tibb bacısı çatışmazlığı var.
Mediainfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Dünyada tibb bacıları ilı bağlı vəziyyət - 2020" hesabatında bildirilib.
Hesabatda vurğulanıb ki, dünyada 28 milyondan bir qədər az tibb bacısı çalışır. 2013-cü ildən 2018-ci ilə qədər onların sayı 4,7 milyon artıb. Bununla belə, 5,9 milyon tibb bacısı çatışmazlığı hələ də qallr. Tibb bacılarının ən kəskin çatışmazlığı Afrika, Cənub-Şərqi Asiya və ÜST-nin Aralıq dənizi bölgəsi, habelə Latın Amerikası ölkələrindədir.
Hesabata görə, qlobal kadr çatışmazlığının qarşısını almaq üçün bu problemlə üzləşən ölkələrdə məzun tibb bacılarının sayını ildə orta hesabla 8% artırmaq lazımdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































