Bu saata qədər qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 201 nəfər sürücüsü barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edilib.
Mediainfo.az xəbər verir ki, bunu DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, həmin sürücülər ölkə ərazisində taksi fəaliyyətini davam etdirə bilərlər.
"Regionlarda taksi fəaliyyəti göstərən sürücülər fərqlənmə nişanını əldə etmək üçün DANX-ın 11 regional bölmələrinə müraciət edirlər. Bununla yanaşı, onlar "Azerpoçt"un regionlar üzrə olan mərkəz filiallarına yaxınlaşıb, vergilərini ödəyib fərqlənmə nişanı əldə edə bilərlər. Bundan sonra sürücülərin məlumatları Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "icaze.e-gov.az" portalına daxil ediləcək. Bu, taksi sürücüsünün şəhərlərarası rahat fəaliyyəti üçündür. Sürücünün "Aazerpoçt"a rahat gəlməsi üçün onun 1,2,3 rəqəmindən müvafiq olanını və şəxsiyyət vəsiqəsini yazıb 8103-ə göndərməsi lazımdır".
N.Allahyarova illərlə taksi fəaliyyəti göstərməyən və vəziyyətdən sui-istifadə etmək istəyənlərə xəbərdarlıq edib. O bildirib ki, seçim olacaq və hər kəsə fərqlənmə nişanı verilməyəcək.
Qurum rəsmisi qeyd edib ki, minimum son 6 ayda fərqlənmə nişanını alan sürücülərə icazələrin alınmasına üstünlük veriləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































