Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reyd keçirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə bu barədə Qafqazinfonun məlumatında deyilir. Paytaxtın Nəsimi, Səbail, Yasamal və digər rayonlarında keçirilən reyd zamanı ictimai yerlərdə gəzən vətəndaşlarla fərdi söhbət aparılıb.
Tibbi əlcək və maska taxmayanlara şifahi xəbərdarlıq edilib. Karantin qaydalarını pozan bir neçə nəfər inzibati formada cərimə edilib.
Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər. Bu gün reyd zamanı saxlanılan şəxslərin əksəriyyəti minimum 100 manat məbləğində cərimələnib.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində deyilir:
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































