Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.
Mediainfo.az-a İcra Hakimiyyətindən verilən məlumata görə, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədi ilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.
Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































