Baş Nazir Əli Əsədov Novruz bayramı ilə bağlı qərar imzalayıb.
Mediainfo.az-ın məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.
Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































