Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.
Akademiyadan Mediainfo.az-a verilən məlumata görə, mərkəzin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Müşavirədə çıxış edən R.Mehdiyev ideya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyət və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyib:
"Azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmalar var. Bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsi, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılması vacibdir".
Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. O, ölkə elmində, xüsusən də Milli Elmlər Akademiyasında azərbaycançılıqla əlaqədar aparılmış tədqiqatların sistemli xarakter daşımadığı və konseptual tədqiqatlara ciddi ehtiyac duyulduğunu vurğulayıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































