Koronavirus (COVID-19) infeksiyası havada uzunmüddətli qalıcı olmasa da, onun səthlərdə uzun müddət qalma ehtimalı var. Bu səbəbdən də paytaxt məktəblərində təxirəsalınmaz dezinfeksiya işləri həyata keçiririk.
Bu fikirləri Bakı Şəhəri Dezinfeksiya Stansiyasının həkimi, epidemioloq Elvin Məmmədov deyib.
O bildirib ki, dezinfeksiya zamanı yüksəkkeyfiyyətli yerli və xarici ölkə istehsal olan məhlullardan istifadə edilir.
"Məktəblərdə dezinfeksiya işlərinə yanvar ayından etibarən start verilib. Ötən müddət ərzində biz dezinfeksiya işlərini dərs saatlarından kənar vaxtlarda aparırdıq və dezinfeksiya haqqında Təhsil Nazirliyinə yazılı hesabatla yanaşı foto və videohesabat da təqdim edirdik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bu il martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Biz də bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılmasını nəzərdə tutmuşuq", - deyə epidemioloq Elvin Məmmədov qeyd edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































