Gürcüstanda ərzaq məhsullarının qiyməti bahalaşıb. Fevralda ölkədə istehlak qiymətləri indeksində aylıq müqayisədə 0,3 faiz artım olub.
Mediainfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Məlumata görə, ölkədə illik inflyasiya 6,4 faiz olub. Fevralda ərzaq məhsulları və digər gündəlik tələbat məhsullarının qiymətində bahalaşma qeydə alınıb.
Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,3 faiz, tərəvəzlərin qiyməti 8 faiz, meyvə, giləmeyvə və üzümün qiyməti 3,6 faiz, mineral sular, alqokolsuz içkilər, meyvə şirələri 1,7 faiz, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 0,7 faiz bahalaşıb. Gündəlik istehlak məhsullarının, o cümlədən, geyim əşyaları və ayaqqabının qiymətlərində 3,1 faiz azalma qeydə alınıb.
İllik inflyasiya ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 12,7 faiz, restoran və mehmanxana qiymətləri isə 8,7 faiz artıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































