Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv dövlətləri dəstəkləmək və koronavirus kimi tanınan COVID-19 virusu ilə mübarizə məqsədilə beynəlxalq səyləri gücləndirmək istiqamətində gecə-gündüz çalışır.
Mediainfo.az-ın xəbərinə görə, fevralın 24-də Avropa Komissiyası virusun yayılmasına qarşı qlobal miqyasda hazırlığın gücləndirilməsi və profilaktik tədbirlərin görülməsi üçün 232 milyon avronun ayrıldığını elan edib.
Bu vəsaitin bir hissəsi dərhal müxtəlif sahələrə yönəldiləcək. Yerdə qalan hissəsinin isə növbəti aylarda ayrılması nəzərdə tutulub.
"Yoluxma hallarının artması səbəbindən cəmiyyətin sağlamlığı nömrə bir prioritet təşkil edir. Virusun yayılmasına qarşı mübarizə üzrə hazırlıq tədbirlərinin Avropada, Çində, yaxud hər hansı başqa ölkədə görülməsindən asılı olmayaraq beynəlxalq icma birlikdə çalışmalıdır. Avropa bu məsələdə aparıcı rol oynamağı planlaşdırır", - deyə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































