Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Mediainfo.az xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edilib.
MSK üzvü Baxşeys Əsgərov bildirib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. B.Əsgərov həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































