Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" gələn ay çap ediləcək.
Bu barədə Mediainfo.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Novruz bayramına qədər çapdan çıxacaq:
"Lüğət çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək".
Bundan əvvəlki orfoqrafiya lüğətində olmayan təxminən 4000 yeni söz Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.
Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































