İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər açıqlanıb.
Mediainfo.az-ın məlumatına görə, psixi davranış pozuntularının müalicəsi, QİÇS, orqan transplantasiyası kimi xidmətlər İcbari Tibbi sığorta sisteminə daxil edilməyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazov bildirib ki, şəkərli diabet, talassemiya xəstəliklərindən əziyyət çəkənlər də Tibbi Sığortadan yararlana bilməyəcəklər.
O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çevik mexanizm üzərində çalışır və qarşıdakı illərdə bu xidmətlər də təminata alına bilər.
Şükür Eyvazov onu da əlavə edib ki, cari ilin yanvar ayının 1-dən ölkə üzrə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq. Ən sonda Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanılacaq. Bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsinin 100 faizə çatdırılması proqnozlaşdırılır. Həmçinin bildirib ki, xidmətlər zərfinə ümumilikdə 2550-yə yaxın xidmət daxil edilib.
Qeyd edək ki, aprelin 1-dən yalnız işləyən vətəndaşlarin əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































