Bu gün axşamadək Bakıda və Abşeron yarımadasında saniyədə arabir 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək.
Mediainfo.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, fevralın 11-də küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq.
U.Tağıyeva bildirib ki, əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var:
"Bu günlərdə ilk dəfə, nəhayət ki, qış özünü göstərdi. Ölkənin bəzi yerlərində qalınlığı, demək olar, yarım metrə çatan qar örtüyü əmələ gəldi. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı. Bakıda 35-38 m/s -dək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan yaxşı qarın yağmasını əngəllədi".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































