6 fevralda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 15-19, Bakıda gecə 5-7, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 5-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Fevralın 06-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































