Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Mediainfo.az Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, koronavirus xəstəliyi Çinin Vuhan şəhərindən qayıdan BƏƏ vətəndaşında aşkar edilib. Nazirlik əlavə edib ki, "virusa yoluxmuş şəxsin vəziyyəti sabitdir və o, xəstəxanada izolə olunmuş palatada nəzarət altındadır". Eyni zamanda, nazirlik qeyd edib ki, xəstəliyin qarşısının alınması məqsədilə elmi təlimatlar nəzərə alınır, Dünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə saxlanılır. "Ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı vəziyyət tam nəzarət altındadır", -deyə məlumatda vurğulanır. Əlavə edilib ki, BƏƏ-də fəaliyyət göstərən epidemioloji təhqiqat mərkəzləri vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 24 saat çalışır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































