Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb. Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: "G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib".
MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan təxmini 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































