Ümumdünya Səhiyyə Assambleyası dünyada 2020-ci ili Beynəlxalq tibb bacısı və mama ili elan edib.
Mərkəzi Gömrük Hospitalından Mediainfo.az-a verilən məlumata görə, əhalinin sağlamlığının qorunmasında həkimlərlə yanaşı tibb bacılarının və mamaların mühüm yeri var. Onlar xəstə insanlara şəfa bəxş edir, immunizasiya və sağlamlıq barədə tövsiyələr verirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2030-cu ilə qədər tibbi xidmətlərin ümumdünya səviyyəsini təmin etmək üçün dünyaya əlavə olaraq 9 milyondan çox tibb bacısı və tibb işçisi lazım olacaq.
Tibbi xidmətlərin göstərilməsində onların rolu əvəzedilməzdir.
Mərkəzi Gömrük Hospitalı bu münasibətlə bütün tibb bacılarını və mamaları təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































