Bu il Bulvarda Yeni il daha təmtəraqlı olacaq. Mediainfo.az xəbər verir ki, bu barədə məlumatı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı paylaşıb. O bildirib ki, bütün Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:
"Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün Şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı-ayrı rəngarəng kompazisiyalar qurulur.
Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb.
Bulvar ərazisində iki Yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) hündürlüyündədir.
Bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarən bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək".
G.Yelmarqızı onu da qeyd edib ki, gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq: "Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































