Tramvay xətlərini sökməklə Bakıya ziyan vurublar.
Mediainfo.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Bakıda tramvay xətlərini yenidən tikmək çətindir, amma düşünülür:
"Biz bu məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var.
Tramvay yolunun tikintisi birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq xarici şirkətlərə müraciət etmişik, öz mütəxəssislərimiz də sistemli layihə hazırlayır.
Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, "Nasosnu"ya, Maştağa və Pirallahıya tərəf hərəkəti yüngül formada qatarlar vasitəsilə həyata keçirmək olar. Bu, bizim diqqətimizdədir".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































