Gəncə Dövlət Universitetini tənəzzülə aparan rektor Yusif Yusibov və onun komandası

Gəncə Dövlət Universitetini tənəzzülə aparan rektor Yusif Yusibov və onun komandası

Mediainfo.az sozcu.az-a istinadən bildirir ki, dövrü mətbuatda bir müddət öncə yazıldığı kimi həqiqətən də Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən də çətindir. Heç cənab Prezidentin bu qədər müşaviri yoxdur. Möhtərəm Yusif Yusibov öz vəzifəsindən istifadə edərək özünə baş müşavir, orta müşavir, kiçik müşavir, aşağı müşavir, qara kassir, ştatdankənar sait rəhbərləri ilə dil tapan mətbuat rəhbəri və s. kimi vəzifələr yaradıb. Bəli qəbula düşmək ücün ilk növbədə bu vəzifə sahibləri ilə görüşüb, salamməlöyküm etməlisən, sonra onlar əgər icazə versələr onda bəlkə rektorun qəbuluna girə biləsən.

Hörmətli rektor Yusif Yusibovun baş müşaviri Asif Cavadovdur, kiçik müşaviri İlqar Kuybışevdir, orta müşaviri Elsevər Nağıyevdir (öz qohumu). "Qara kassaya" nəzarətci İqtisadiyyat fakültəsinin dekanı Şahin Xurşudyandı, Sait rəhbərləri ilə dil tapan ştatdankənar mətbuat rəhbəri kafedra müdiri Elcin Cavadovdu. Hələ bu azmış kimi səlahiyyətli nümayəndələr kimi yeni-yeni vəzifələr yaradıblar, həmin vəzifələrə də öz yaxın qohum əqrəbalarını, öz dovşanlarını təyin edib.

Yeni yaranan vəzifələrdən biri də marketinq vəzifəsidir. Bu vəzifəyə Orxan adında birini təyin edib, magistratura şöbəsini bitirib. Başa düşmək olmur, bura universitetdir, yoxsa market? Marketinq vəzifəsi yalnız ticarət obyektlərində olur. Görünür, hörmətli Yusif Yusibov Gəncə Dövlət Universitetini marketə çevirib, bura da onun ticarət bazarıdır. Bu universitetdə Yusif Yusibov ,onun müşavirləri, marketoloqları əməlli – başlı bazar açıblar.

Asif Cavadov baş müşavir olmaqla marketinq qaydasına əməlli-başlı xidmət göstərir. Onun göstərdiyi fəaliyyətə görə, ona hətta əməkdar müəllim adını da verdiriblər. Halbuki, onun bircə saat da düzəməlli dərs keçdiyini görən olmayıb.

Asif Cavadovun həyat yoldaşı psixologiya kafedrasının müdiri Zümrüd Şirinova (Cavadova) həmin kafedranı özəlləşdirib.. Bu xanım vaxtı ilə Ulu öndərin əleyhinə kəskin bəyanatlar verən bir şəxs, eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur. Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk. Xanım Zümrüd bu il də alternativsiz secki yolu ilə təyin olmuş kafedra müdiridir, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr başlayanda hec kimdən qoxmadan, cəkinmədən müəllimlərdən 20-50 manatdan fond pulu, ad günü pulu, müəllim günü pulu yığır. Kafedranın müəllim və labarantlarını aylığa buraxır. Belə yerdə atalar yaxşı deyiblər arxalı köpək qurd basar.

Bu ailə zamanındakı tutduqları vəzifələrə uyğun olaraq əqidələrini dəyişənlərdi. Asif Cavadov kommunist pariyası hakimiyyətdə olanda onun üzvü olmaqla Texnologiya universitetinin partiya təşkilatının sədri, xalq cəbhəsi vaxtında cəbhə üzvü olmaqla həmin universitetdə kafedra müdiri və Ana vətən partiyasının üzvü olmaqla bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon dairə secki komissiyasının üzvü işləmişdi. GDU də prorektor vəzifəsinə kecən kimi YAP üzvlüyünə keçdi. İndi də rektorun baş müşaviri olmaqla həm də YAP təmsilçisi kimi 14 saylı məntəqənin sədridi. Bu adam, bu ailə xamiliyon kimi rənglərini günün təsiri ilə tez-tez dəyişənlərdi.

Rektorun təqdimatı ilə əməkdar müəllimliyə layiq olmayan, layiqsiz əməkdar müəllim, baş müşavir Asif Cavadovun baldızı, yəni psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın bacısı Yeganə xanım da univerisitetdə vəzifə sahibidi. O Ümumi texniki fənlər və texnologiya kafedrasında emalatxana müdiridi. Hec maşallah olmasın, deyəsən rektor Y.Yusibovun sayəsində univerisitetin vəzifələri yalnız Cavadovlar ailəsi ücündü. Ay toba, əgər baş müşavir Asif Cavadovun baldızı, psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın bacısı Yeganə xanım işlədiyi vəzifənin mahiyyətindən başı cıxırsa, hansısa bir alətin, hansısa bir dəzgahın adını bilirsə. Emalatxanadakı hansısa dəzgahı işlətməyi bacarıb, tələbələrə də öyrətməyi bacararsa da onda bilin ki, ixtisası kimyaçı olan kimya elmlər doktoru professor Yusif Yusibov da onu bacarar.

Ümumi texniki fənlər və texnologiya kafedrasında başda kafedra müdri (rektor Y.Yusibovun dovşanı , ştatdan kənar mətbuat rəhbəri, sait rəhbərləri ilə dil tapan, bununla bağlı rektorun göstərişı ilə hər ay dekanlardan 200-300 manat pul alıb sait rəhbərləri ilə bölən ) Elçin Cavadov olmaqla kafedra müəllimlərin demək olar ki, əksəriyyəti–baza təhsilli, ixtisaslı pedaqoq müəllimlər deyillər.

Univerisitetin emalatxanası rektorun və kafedra müdirinin sayəsində bu günün müasir tələblərinə cavab vermir. Emalatxanada müasir dəzgah, avadanlıq və alətlər yoxdu. Sənədlər üzrə alınmış dəzgah və avadanlıqların pulları yeyilib. Emalatxanada olan dəzgahların adını, markasını, əsas hissələrinin adını belə bilməyən emalatxana müdirləri və tədris ustaları heç bir iş görmədən dövlətdən müftə maaş alırlar. Bununla da hörmətli rektor Y.Yusibovun rəhbərliyi altında baza təhsili olmayan müəllimlərlə, emalatxanada 60-70 illərin köhnə, işləməyən dəzgahlar və olmayan avadanlıqlar ilə GDU-da Azərbaycanın qərb zonası ücün ən sadə ixtisas biliyə və praktik bacarığa malik olmayan texnologiya müəllimləri hazırlanır. Bu da rektor Y.Yusibovun və onun komandasının Azərbaycan təhsilinə verdiyi layiqli töhfə sayıla bilər.

Müşavir vəzifələri, ələlxüsus da Baş müşavir vəzifəsi nəyə və kimə lazımdır? Hətta hörmətli rektor Asif Cavadova xidməti maşın da verib. Bu xidməti maşının ehtiyat hissələri və gündəlik yanacaq sərfiyyatı universitetin hesabına ödənilir. Belə xidməti maşınlar təkcə Asif Cavadovun deyil, həmçinin rektorun ətrafında olan, qondarma vəzifələr yaradaraq təyin etdikləri yaxın çevrəsinin hər birində var. Elsevərin (rektorun qohumu orta müşavir) də 20-AA-522 nömrəli xidməti maşını vardır. 20-AA-556 nömrəli maşını Gülsüm Fətəliyeva (Musa Urudun bacısı, Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaymamasıdır, Texnologiya Universitetindən qovulub, 70- dən çox yaşı var, GDU-da humanitar işlər üzrə prorektor vəzifəsini ona hədiyyə ediblər), 20-AA- 352 nömrəli maşını Pərvin Kərimzadə (deputat Elmar Vəliyevə ən sadiq şəxslərdən biri, innovasiyalar üzrə prorektordur. Bilinmir ki, bu adam deputatdır, yoxsa prorektor?), 20-AA-442 nömrəli maşını Asif Cavadov ( baş müşavirdir, universitetin qara qutusu olub, əvvəllər bütün rüşvəti o yığırdı. İndi bütün intirikaların başında durur. Xidməti maşın Baş müşavir Asif Cavadov üçün nəzərdə tutulsa da arvadı kafedra müdiri Zümrüd xanıma və bütün Cavadovlar sülaləsinə xidmət edir), 20-AA-577 nömrəli maşını Fəxrəddin Həsənov (tikinti biznesinin pul üyüdənin maşını), 20-AA-542 nömrəli maşını Fəxrəddin Məmmədov (prorektor), 20-AA-082 nömrəli maşın isə cənab rektorun özünü gəzdirir. Bütün bu maşınlara gündə 20 litrə qədər benzin pulu və ehtiyat hissələrin pulu universitetin büdcəsindən ödənilir.

Axı hörmətli rektora kim bu səlahiyyətləri verib ki, universitetin pullarını sağa-sola səpsin.

Göründüyü kimi Yusif Yusibov və onun dağıdıcı komandası heç kimdən qorxmur, universitetin pullarını istədikləri kimi xərcləyirlər. Bir balaca 20-25 kvadrat metrlik musiqi kafedrası üçün ayrılan otağın təmirinə 1 milyon manatdan çox pul xərcləyiblər.

Gəncə Müəllimlər İnstitutunun binası GDU-ya verildi, bu hazır binaya guya yenidən tikilmiş adı ilə 32 (otuz iki) milyon manat pul xərclənib. Halbuki, cənab Prezident sıfırdan başlayaraq tikiləcək kompleks bir məktəbə bir milyon manat ayırır. Göründüyü kimi, rektor.Y.Yusibov, prorektor F.Həsənov və baş mühasib kor Teyyub universitetin pullarını istədikləri kimi xərcləyirlər. Halbuki 32 milyon pula 20-30 məktəb tikmək olar.

Bu tədris ilində Prezident İlham Əliyevin fərmanı ilə GDU-nun 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri ücün 12 milyon vəsait ayrılıb. Bu binalar sökülmədən sadəcə təmir olunur. Bu qədər vəsaitlə böyük bir kompleks tikmək olar. Lakin rektor bu məqsədlə univerisitetin büdcəsindən də əlavə olaraq 750000 manat vəsait ayıracağını elmi şuranın iclasında bildirib. Əgər prezident təmir ücün 12 milyon vəsait ayırıbsa, onda rektor 750000 manat vəsaiti nə ücün ayırır.

Bundan əlavə Elmi şurada 5 tədris binasında da turniket quraşdırılacağını deyib. Əgər bu müəllim və texniki işçinin əmək davamiyyətinə nəzarət üçündürsə, bu təlimatla kafedra müdirinin səlahiyyətinə aiddir. Onda kafedra müdirlərin səlahiyyətləri niyə alınır? Quraşdırılmış turniket pul silməkdən başqa bir şey deyil.

Göründüyü kimi təhsil haqları kosmetik təmir, mebel və müxtəlif lazımsız yerlərə sərf olunur. Univerisitet binalarının və yataqxanaların təmiri hər il Yusif Yusibovun yaxın adamlarının, qardaşlarının şirkəti tərəfindən həyata kecirilir. Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur.

Gəncə şəhərində 3 universitet var. Aqrar Universitet, Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti. Bunlardan ikisində – Aqrar Universitet, Texnologiya Universiteti- tələbələrinin sayı ikisinin birlikdə cəmi, heç Gəncə Dövlət Universitetindəki tələbələrin sayının yarısına bərabər deyil. Necə olur ki, həmin universitetlərdə - Aqrar Universitet, Texnologiya Universiteti- müəllimlər yüksək maaş alır, Respublikamızın əksər ali məktəblərində professor-müəllim heyətinin əmək haqları bu tədris ilindən orta hesabla 30%-dən çox artırılıb, amma GDU-da müəllim dilənçi payı alır. Saitlərdə gedən yazılardan və Təhsil nazirinin göstərişindən sonra rektor Yusif Yusibov Elmi şurada müəllimlərin maaşının 20% artırılacağıını desə də indi məlum olur ki, yenə də baş mühasib kor Teyyub buna mane olub, maaşlar 18% artırılıb.

Universitetdə heç bir ciddi islahatlar aparılmır, nəticədə mövcud neqativ halların sayı gündən- günə artır, fakültələrin bütün qruplarından müəyyən olunmuş sayda tələbələr rektorun tapşırığı ilə ayı 300-350 manat olmaqla dekanlar tərəfindən aylığa buraxılır. Rektorun əmri ilə yaradılmış təhsilin keyfiyyətinə nəzarət və səlahiyyətli nümayəndə qrupu (bu qruplara rəhbərlər ortada müftəcə dövlətdən maaş alıb univerisitet ücün hec bir faydalı iş görməyənlər (öz vəzifə səlahiyyətindən başqa intriqa işləri ilə məşğul olan) baş müşavir Asif və 70-dən çox yaşı olan, GDU-da humanitar işlər üzrə prorektor Gülsüm xanımdı. Hər ikisi dərslərə müəllimləri gözüm-çıxdıya salmaq ücün girirlər. Əgər univerisitetdə Tədis metodiki şöbə varsa və orada kifayət qədər metodist, baş medodist varsa, niyə onlar dərslərə gedib tədrisin keyfiyyətini yoxlayıb müəllimlərə metodiki köməklik etmirlər ki, bu yaşlı pensiyanerlər girirlər. Onda tədris metodiki şöbə nəyə lazımdı? Onlarda hec bir iş görmədən univerisitetdən havayı maaş alırlar. Baş müşavir və tərbiyə işləri üzrə prorektor nə üçünsə təkcə müəllimlərin dərsə gəlmələrini yoxlayırlar, bəs nə ücün rektorun göstərişi ilə dekanlar tərəfindən aylığa buraxılın tələbələri yoxlamırlar? Əgər hər qrupda 5-6 nəfər tələbə aylığa buraxılıbsa və alt qrupa dərsə gələcək tələbələr ümumiyyətlə gəlmirlərsə onda hansı tədris keyfiyyətindən danışmaq olar? Dekanlar tərəfindən Qrup jurnallarında, kollekvum vərəqlərində tələbələrın davamiyyəti və qiymətləri kobudcasına pozulub düzəldilir. Dekanlıq kompüterdə yekun bal çıxarılmasında istənilən tələbənin balını artırırlar. Əsas dövlət sənədi olan qrup jurnalları cox səliqəsiz doldurulur, alt qrupa gələcək tələbələrin adları semestrin axırında yazılır.

Ceyhun Bayramov Təhsil naziri vəzifəsinə təyin olunandan sonra universitet rəhbərinin nazirlə sıcaq münasibəti olduğundan GDU-da açıq-aşkar rüşvət baş alıb gedir. Əvvəllər univerisitetin "qara kassa"sı Asif Cavadov idisə, indi Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı İqtisadiyyat-İdarəetmə Fakültəsinin dekanı Şahin Xurşudovdur (univerisitetdə 2 Şahin olduğundan buna Şahin Xurşudyan deyirlər). Rektor Yusif Yusibovun universitetdə "kölgə iqtisadiyyatı"nın Şahin Xurşudyansız mümkün olmadığını anlayıb və məhz bu səbəbə görə də onu alternativsiz dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də "qara kassa"ya nəzarəti də Asif Cavadovdan alıb ona həvalə edib. Şahin Xurşudyan isə bu "məsuliyyətli" tapşırığın öhdəsindən məharətlə gəlır. Əvvəllər rüşvət dekanlar tərəfindən bir az gizli formada alınırdısa, indi heç kimdən çəkinib eləmədən tələbələrdən hal-hazırda imtahana kimi aylığa buraxıb pul yığırlar. İmtahan vaxtı ictimaiyyət və media nümayəndələri imtahan vaxtı univerisitetə dəvət edirlər, cəkiliş aparılır imtahanların ədalətli və şəffaf keçirilməsı görüntüsü yaradılır. Hər şey isə bundan sonra başlayır. Dekanlar pul verən tələbələri imtahandan sonra cağırır, əvvəldən rektorun göstərişi ilə müəllimlərdən alınmış imtahan suallarının cavablarını tələbələrə verib yazdırır. Dərs deyən müəllimi yox, dekanın sözü ilə oturub duran o fənnən belə xəbəri olmayan müəllimi cağırıb yazılı imtahanı qiymətləndirirlər. Buda olur hörmətli rekrorun şəffaf imtahan üsulu. Yazılı imtahanla bağlı əvvəlcədən yəni imtahan vaxtı valideyn və media nümayəndələrin iştitakı ilə cəkilmiş imtahanların şəffaf keçirilməsi görüntüsü isə televiziya ilə cəmiyyətə catdırılır. Nədənsə əsas məsələ, nəticə, yəni yoxlama və qiymətləndirmə prosesi isə necə gedir göstərilmir.

GDU-nun korpuslarındakı bufet və yeməkxanalar da Xurşudyanın kurasiyasındadı, bir sözlə onundu. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Bakida neçə-neçə təzə tikintidən evləri, Maxrasa bağında təzə tikintidə rektorla bərabər super remontlu evi, pasyolkada yenə rektorun evi ilə üzbəüz super remontlu evi, bazarda İmperial yeməkxanası , Gülüstanda məhləsi, Tovuzda məhləsi, restoran-şənlik evləri və s. (Bu yeməkxana və şənlik evlərində işləyən qulluqçular isə imkansız aylıq pulu verə bilməyən Sahinin fakültəsinin tələbələridi.) Bunlar yalnız görünən və bilinənlərdi. Əlbəttə ki, bunlar hamısı tələbələrdən yığılan rüşvətlərin hesabına əldə olunub. Şahin Xurşudyan bu rüşvətin hesabına nə qədər zəngindirsə bir o qədər də əxlaqsızdı. Universitetdə hamı bilir ki o, hələ dekan müavini işləyəndə ədəbiyyat fakültəsində oxuyan qıza sataşdığı ücün qızın qardaş və qohumları onu döyüb qıçını sındırmışdılar. İndi də Şahin qıçını çəkir. Dekanlıqda da sarışın qizla nə oyundan çıxır, bunu da hamı bilir.

Vasif Həsənov innovasiyalar departamentinin sədridir. Bu adam öz qardaşı Asif Həsənovla birgə kompüterdə test imtahanlarına bütün rəhbərliyi həyata keçirir, istədikləri tələbənin cavablarını düzəldir, istənilən tələbəni pul verməyəndə kəsirlər. Vasif Həsənov nurçudur, Fateh Gülən cəmiyyəti ilə güclü əlaqələrə malikdir, nənəsi ermənidir, Məmməd Əmin Rəsulzadəni təhqir edən, Elmar Vəliyevin iclaslarını təşkil edən, ona su süzən deputat Naqif Həmzəyevlə yeznə-qayındır, Asif Vasif qardaşları bütün günü xarici ölkələrdə başının dəstəsi ilə kefdədir, layihələr adı ilə universitetin pullarını sağa sola səpir. Onlar indiyə kimi GDU-ya hansı yenilikləri gətirib? Nə xeyir veriblər? Bunların xarıcı ölkələri gəzib kef eləmələrinin univerisitet müəllimlərinə nə xeyri? Bir saat belə dərs keçməmiş İlqar Kuybışev, Vasif Həsənov və digərləri hansı keyfiyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunublar? Çox maraqlıdır.

Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar (20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar. Təkcə bu tədris ilində univerisitetin müxtəlif kafedralarına 54 müəllim 50 yaxın labarant işə qəbul ediblər. Rektor Y.Yusibov kafedralarda ştatdan artıq olan yükləri kafedradakı müəllimlərə vermək əvəzinə 10000 manata yeni müəllimlər götürür. Halbuki yüksək səviyyədə dərs deyə biləcək və yarım ştata ehtiyacı olan müəllimlərimiz var. Bu müəllimlərin əksəriyyəti yarım ştat dərs deməyə ehtiyacları olduqları ücün gedib Mingəcevir və Qazax şəhərindəki Univeristitetlərdə dərs götürüb deyirlər.

Y.Yusibov indiyə kimi, xüsusən də bu il seçilən dekan və kafedra müdiri seçkilərini alternativ namizədlə keçirməmişdi . Bəli Y.Yusibov Nazirlər kabinetinin kafedra müdiri və dekan seçkisi ilə bağlı təlimatını vecinə almayaraq təkcə bu tədris ilində kafedra müdiri və dekan seçkilərində bütün kafedra müdirlərinin və fakültə dekanlarının heç birini alternativ seçki ilə seçməmiş ( rektor olandan bəri kim hansı fəzifədə olubsa həmin vəzifə ücün qoyduğu daşqını Şahin Xurşudyanın əli ilə alıb) yenidən təyin etmişdir. Düzdür, seckilər ücün toplantı olmuş, sənədlər üzərində seçkilər kecirilmişdi, lakin yenə də deyirik , builki seçkilərin hamısında heç bir alternativ namizəd olmamışdı. Seçkilərdə iştirak etməyə cəhd edən namizədlərə isə onsuz da qutudan sən sıxmayacan deyib, ərizələrini geri götüzdürüblər, alternativsiz seçkilər keçiriblər. Bu işlərin başında isə univerisitetin elmi katibi ( rektor Y.Yusibovun dediyi ilə desək, onun bu univerisitetə gəlməyinin səbabkarı və indiyə kimi buna görə ona borclu olan) Teymur İsmayılov və Sahin Xurşudyan dayanırlar. Alternativsiz secilmiş dekan və kafedra müdirlərinin kef məclisində kafedra müdirinin dilindən dekan tərəfindən pul yığılıb kimlərə necə paylanma vidosunu təqdim edirik.

Təlimata əsasən univerisitetdə 5 il işləyib mühazirə aparan, elmi məqalələri dərc olunmuş müəllimlər baş müəllim keçə bilərlər. Rektor Y.Yusibov bunun da qarşısına sədd çəkib . Elmi şuranın qərarı ilə özünün qanunlarını əmirləşdirib: baş müəllim olmaq ücün müəllimin 5 il stajı olmalı, müdafiə edib diplomunu almalı, fənn proqramı, metodik vəsait və ən başlıcası isə mütləq xaricdə Tomson jurnalıda elmi məqaləsi dərc olmalıdır. Nəyə görə mütləq xaricdəki Tomson jurnalında? Cünki rektor bu jurnalla müqavilə bağlayıb hər il jurnalın saxlanılmasına küllü miqdarda pul keçirir. Müəllim bu jurnalda bir məqalə cıxarması ücün 1000 manat pul keçirməlidir. Üstəgəl baş müəllim keçməsinə görə, elanın çıxarılması ücün Teymur İsmayılova 1000 manat verməlidir ki, Teymur rektora ərizənin üstünü yazdırsın . Yazıq müəllim aldığı 300-400 manat maaşının 4 ayını toplayıb Tomsona göndərməlidi. Tomson jurnalında məqalənin dərc olunub gəlməsı təxminən bir il çəkir. Müəllim maaşının 4 ayını da toplayıb Teymura verməlidir ki, elanı çıxsın, bu da 4 -5 ay çəkər. Deməli, müəllim 1 il yeyib içməyib gözləməlidir ki, baş müəllim olub ayda maaşından 100 manat artıq maaş alacaq. Rektor isə yağ bal icərisində öz balalarını dolandırır. Yazıq gənc ailə başçısı olan müəllim isə acqarına bilmır balalarını necə dolandırsın. Cənab rektor və ətrafındakı Xurşudyanlar, Asif kimi müşavirlər, Teymurlar hec olmasa bu müəllimlərin də balaları olduğunu düşünürlərmi görəsən?

Respublikamızın digər ali məktəblərinin elmi jurnallarında həmin məktəbin müəllimlərinin elmi məqalələri pulsuz dərc olunduğu halda Y.Yusibov GDU-nun elmi xəbərlər jurnalında univerisitetin müəllimindən 2-3 səhifəlik məqaləsinə 30-50 manat aldırır. Alınan pulun nə qəbzi müəllimə verilir, nə də hansı hesaba keçirildiyi deyilir.

Bir sözlə, Gəncə Dövlət Universitetində illərdir ki, bu kimi qanunsuzluqlar baş alıb gedir. Mətbuatın yazmasına, hətta bu universitetin öz müəllimlərinin ölkə başçısı İlham Əliyevə və Təhsil naziri Ceyhun Bayramova dəfələrlə müraciət etmələrinə baxmayaraq, GDU-dakı özbaşınalıqlara son qoyulmur ki qoyulmur.

Hörmətli redaksiya, xahiş edirik ki, əvvəllər ictimailəşdirilmış bu məsələni bir daha etdiyimiz əlavələrlə ictimailəşdirəsiz. Bəlkə indi əlaqədar təşkilatlar GDU-nun rektoru Y.Yusibovun və onun komandasının özbaşınalıqlarına son qoya.

(ardı var)

GDU-nun profesor müəllim heyyəti adından Yunis Hüseyn oğlu Hacıyev- kimya kafedrasının baş müəllimi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az