Azərbaycanın aqrar turizmdə böyük potensialı var.
Mediainfo.az-n məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqx jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, aqroturizm Azərbaycan üçün önəmli sahədir:
"Aqroturizm ölkə üçün ona görə vacibdir ki, bu sahə qeyri-neft sahəsində iqtisadiyyatın diversifikasiyası üçün çox mühüm elementdir. Bir il yarımdır ki, Azərbaycanda fəaliyyət göstərirəm. Bu vaxt ərzində bir çox ərazilərdə fermerlər və sahibkarlarla görüşdükdən sonra əmin olmuşam ki, Azərbaycanda aqrar turizmdə böyük potensial var."

Caydev Sinqx əlavə edib ki, son 5 il ərzində ənənəvi kənd təsərrüfatına 11 milyon sərmayə qoymuşuq:
"Statistika onu göstərir ki, yatırdığımız hər bir dolların əvəzində yerli fermerlər 7 dollar ixraca nail olublar".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































