1477 nəfər Azərbaycan vətəndaşı terrorçu təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedib.
Mediainfo.az-ın məlumatına görə, bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat'' adlı yekun hesabatda bildirilib.
2018-ci ilin oktyabr ayında BMT nümayəndələri ilə görüş zamanı Daxili Işlər Nazirliyi (DIN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorçu təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olan Azərbaycan vətəndaşlarından 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.
Hesabatda qeyd edilib ki, şimal, cənub və şimal-qərb regionundan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin ehtimalları göstərir ki, cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionlarından olan ''döyüşçülərin'' (müvafiq olaraq 201 və 114) payı daha yüksəkdir. Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər. Geri qayıtmış keçmiş ''döyüşçü''lər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycanın səlahiyyətli orqanları tərəfindən təsdiq edilib və aidiyyətı riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda terrorist Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb. Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəqəmlərə görə 309 şəxs ( 261 kişi və 48qadın ) ölkəyə geri qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladan). Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.
Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq Inkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































