2019-cu ilin noyabrınadək olan məlumata əsasən, "Web of Science" indeksli elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.
Mediainfo.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Web of Science" elmi bazasında Azərbaycan üzrə 1392 elmi-tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir.
Qeyd edək ki, 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq və həmin rəqəmin artacağı gözlənilir.
Təhsil Nazirliyi ilə "Clarivate Analytics" ("Thomson Reuters" şirkəti) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan "Web of Science"ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































