Uzun müddət ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən yeniyetmə qız mütəmadi hemodializ seansları qəbul etdiyindən onda kaxeksiya – orqanizmin ekstremal tükənməsi inkişaf etmişdi. Maddələr mübadiləsinin pozulması səbəbindən, orqanizmdə ümumi zəiflik fonunda, fizioloji proseslərin fəallığının və iştahanın azalması xəstədə bədən kütləsinin kəskin aşağı düşməsi ilə nəticələnmiş və onun çəkisi 35 kiloqrama düşmüşdü.
Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən Mediainfo.az-a verilən məlumata görə, böyrək xəstəlikləri və transplantologiya şöbəsinə ağır vəziyyətdə müraciət edən 17 yaşlı qız üzərində böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə uğurla həyata keçirilib. Donor xəstənin 45 yaşlı anası olub.
Kifayət qədər riskli olan əməliyyat uğurla icra edilib. Köçürülmüş böyrək hazırda normal fəaliyyət göstərir və xəstənin çəkisində artım müşahidə edilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































