Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon ədəd tut tingi gətirəcək.
Mediainfo.az Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, bu tinglər iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür.
Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib.
Tut bağlarının sahəsini artırmaq, Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla il ərzində barama istehsalının həcmini artırmağa imkan verəcək. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu Şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz töhfəsini verəcək.
2018-2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində. 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Proqramın tədbirlər planına əsasən, yaxın illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































